Bakıdakı UFC turnirindən əvvəl rəsmi çəkiölçmə mərasimi keçirilib
sizinxeber.az xəbər saytı

Bakıdakı UFC turnirindən əvvəl rəsmi çəkiölçmə mərasimi keçirilib


Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunacaq turnirindən əvvəl idmançıların rəsmi çəkiölçmə mərasimi keçirilib.

"Sizinxeber.az"un məlumatına görə, bu mərhələdə yarışdakı bütün MMA döyüşçüləri təxminən bir saat ərzində çəkidən keçiblər.

“UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Gecənin əsas görüşündə Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.

Azərbaycan təmsilçilərindən Tofiq Musayev Qırğızıstandan olan Mıktıbek Orolbai ilə, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə, Nazim Sadıxov isə braziliyalı Nikolas Motta ilə üz-üzə gələcək.

Foto: Məhəmməd Ağayev

Oxşar xəbərlər

Tofiq Musayev Bakıdakı UFC turnirində fərqli çəkidə döyüşəcək
Rafael Fiziyev Nazim Sadıxovun Bakıda keçiriləcək UFC turnirində qələbə qazanacağına inanır
Rafael Fiziyev: "Doğma ölkədə döyüşmək məsuliyyətlidir"
Azərbaycanın MMA döyüşçüsü: "Titul yarışından qopmamaq üçün Bakıda mütləq qələbə qazanmalıyam"
Tofiq Musayevin Bakıdakı UFC turnirində iştirak etməsi üçün danışıqlar gedir - EKSKLÜZİV

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər