Azərbaycan cüdoçuları Xorvatiyada təlim-məşq toplanışını başa vurublar » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
14 
in
2025
23:00

Azərbaycan cüdoçuları Xorvatiyada təlim-məşq toplanışını başa vurublar

14 in, 2025
23:00
529

Azərbaycan cüdoçuları Xorvatiyada təlim-məşq toplanışını başa vurublar

Azərbaycanın böyük, gənc və yeniyetmə qadın cüdoçulardan ibarət yığmaları Xorvatiyanın Poreç şəhərində keçirilmiş beynəlxalq təlim-məşq toplanışını başa vurublar.

Federasiyadan "Report"a verilən məlumata görə, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə təşkil olunmuş təlim-məşq düşərgəsində idmançılarımıza yeniyetmə qızlardan ibarət milli komandanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik ediblər.

Qeyd edək ki, yeniyetmə qızlardan ibarət yığmamız Avropa çempionatına hazırlığını Bakıda davam etdirəcək. Qitə birinciliyi iyunun 26–29-u aralığında Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək.

Bizimlə əlaqə saxlayın