Ədalət Məmmədov: "Formula 1"də könüllü olmaq bizə yeni dostlar və əlavə təcrübə qazandırır"
sizinxeber.az xəbər saytı

Ədalət Məmmədov: "Formula 1"də könüllü olmaq bizə yeni dostlar və əlavə təcrübə qazandırır"


"Formula 1" üzrə Azərbaycan Qran-prisində iştirak etmək könüllülərə yeni dostlar və əlavə təcrübə qazandırır.

Bu barədə "Sizinxeber.az"a açıqlamasında Bakıdakı turnirdə könüllü olmaq üçün müraciət edən Ədalət Məmmədov deyib.

O, üç ildir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkil etdiyi yarışlarda fəaliyyət göstərdiyini bildirib:

"İlk təcrübəm də "Formula 1"də baş tutub. Həmin turnirdən sonra müxtəlif yarışlara könüllü qismində qatılmışam. Bu il də öz şansımı sınamaq qərarına gəldim. Ümid edirəm ki, müsahibəm uğurlu alınacaq. Könüllü olmaq bizə yeni dostlar və əlavə təcrübə qazandırır".

Qeyd edək ki, bu il Azərbaycan Qran-prisi 19-21 sentyabr aralığında baş tutacaq.

Oxşar xəbərlər

"Formula 1": Azərbaycan Qran-prisində tribunaların tutumu 35 faiz artıb
"Formula 1": Çin Qran-prisi ilə müqavilənin müddəti uzadılıb
"Formula 1": Azərbaycan Qran-prisində ikinci günə start veriləcək
"Formula 1": Azərbaycan Qran-prisində Maqnusseni əvəzləyəcək pilot müəyyənləşib
"Formula 1" Belçika Qran-prisi ilə müqavilənin müddətini uzadıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər