Türkiyəli jurnalist: Bakıda "Formula 1" yarışı möhtəşəm təşkil olunub
sizinxeber.az xəbər saytı

Türkiyəli jurnalist: Bakıda "Formula 1" yarışı möhtəşəm təşkil olunub


Təşkilatçılıq möhtəşəmdir.

Bunu "Sizinxeber.az"a açıqlamasında "Motorsport" nəşrində işləyən türkiyəli jurnalist Kemal Şengül "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib.

O, Bakıya ilk dəfə gəldiyini söyləyib:

"Daha əvvəl bir çox ölkələrdə "Formula 1" yarışında olmuşam. Şəhər trasında birinci təcrübəmdir. Yarışdan əvvəl Bakını gəzmək fürsətim də olub. Möhtəşəm şəhərdir. Mənə bir az Türkiyəni xatırlatdı. Bakı trası da gözəldir. Küçə dövrəsi təşkil etmək çox çətindir. Azərbaycan Qran-prisi "Formula 1"də məşhur mərhələlərdən biridir. Həqiqətən çox gözəl trasdır. Mən çox bəyəndim".

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

Oxşar xəbərlər

Azərbaycan Qran-prisi: "Formula 1"də birinci sərbəst yürüş başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Qran-prisi: "Formula 1"də ikinci sərbəst yürüş başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar media akkreditasiya seminarı təşkil olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Formula 1": Azərbaycan Qran-prisində ikinci günə start veriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Formula 1" pilotu: Bakı ən sevdiyim treklərdən biridir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər