"Formula 1": Azərbaycan Qran-prisinin fan-zona və konsert biletləri satışa çıxarılıb
Sentyabrın 13-dən 15-dək keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinin fan-zona və konsert biletləri satışa çıxarılıb.
"Sizinxeber.az" xəbər verir ki, hər il yenilənən əyləncə zonasındakı bulvar səhnəsində canlı musiqi performansları, müxtəlif zonalarda qurulmuş oyunlar, simulyatorlar, virtual reallıq təcrübələri, rəqslər yarış həftəsonunda fanatlara əsl festival ab-havası bəxş edəcək.
Azarkeşlər "Formula 1"in bütün aktivasiyalarını bu il fan-zonada görə biləcək, fan-forumda pilotları və onların komandalarını izləmək fürsəti əldə edəcəklər.
Foto həvəskarları üçün quraşdırılmış iri "Formula 1" dekorasiyaları, retro maşınların sərgisi, canlı heykəllər, “selfie” zonalar ən yaddaqalan kadrlar çəkmək üçün mükəmməl fürsət təqdim edir.
Əyləncə zonasında böyüklərlə yanaşı, uşaqlar üçün də müxtəlif növ oyunlar və fəaliyyətlər təklif olunur.
Həmçinin bu gündən etibarən yarış həftəsində baş tutacaq konsert proqramlarına ayrıca biletlərin satışına start verilib.
13-14 sentyabr tarixlərində keçiriləcək möhtəşəm konsertlərdə musiqi dünyasının ən böyük ulduzları - Uill Smit, Black Coffee və J Balvin çıxış edəcək.
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin möhtəşəm atmosferini yaşamaq və həyəcanını birbaşa hiss etmək istəyənlər fan-zona və konsert biletlərini əldə edə bilərlər. Biletləri Bakı Şəhər Halqasının rəsmi veb saytından və ya mobil tətbiqindən əldə etmək mümkündür.
Oxşar xəbərlər
Bakıda keçiriləcək "Formula 1" yarışının biletləri satışa çıxarılıb
"Ferrari"nin üzvü "Formula 1" üzrə İtaliya Qran-prisinin qalibi olub
"Formula 1" üzrə Belçika Qran-prisinin qalibi bəlli olub
"Formula 1" üzrə Macarıstan Qran-prisinin qalibi məlum olub
"McLaren" pilotu "Formula 1" üzrə Niderland Qran-prisinin təsnifat mərhələsinin qalibi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb












