Bakıdakı "Formula 1" yarışına 2000-dən çox könüllünün cəlb olunması gözlənilir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
avq
2024
16:00

Bakıdakı "Formula 1" yarışına 2000-dən çox könüllünün cəlb olunması gözlənilir

21 avq, 2024
16:00
874

Bakıdakı "Formula 1" yarışına 2000-dən çox könüllünün cəlb olunması gözlənilir

Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinə 2000-dən çox könüllünün cəlb olunması gözlənilir.

Bu barədə "Sizinxeber.az"a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Qurumdan bildirilib ki, könüllülərin hazırlığı davam edir.

"Təlimlərdə gənclərin yarışa yüksək hazırlığı ilə yanaşı, onların şəxsi inkişafına da xüsusi diqqət göstərilir. Burada könüllülər yaradıcı və lateral düşüncə, karyera planlaşdırılması, müxtəliflik və inteqrasiya mövzularında panel müzakirələrdə, intellektual oyunlarda fəal iştirak edirlər. Təlimlər bir neçə mərhələdən ibarət olmaqla iştirakçıların peşəkar bacarıqlarını inkişaf etdirir, eyni zamanda onlara yeni biliklər qazandırır.

Bu il könüllü müraciəti rekord həddə çatıb. Belə ki, beynəlxalq nüfuzlu yarışda iştirak etmək üçün 4 gün ərzində 16 mindən çox namizədin müraciəti qeydə alınıb ki, onlardan 2000-dən çoxunun tədbirə cəlb olunması nəzərdə tutulur. Bakı yarışına qatılan könüllülərin sırasında 100-dən çoxu dünyanın fərqli qitələrindən müraciət edən xarici ölkə vətəndaşlarıdır. Digər maraqlı fakt isə könüllülərin 69 faizinin məhz qadın olmasıdır", - deyə qurumdan bildirilib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-də olacaq.

Bizimlə əlaqə saxlayın