Buenos-Ayresdə Maradona mavzoleyinin inşası dayandırıldı
Buenos-Ayresin mərkəzində əfsanəvi futbolçu Dieqo Maradonanın (1960-2020) mavzoleyinin inşası dayandırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "La Nacion" "Corporacion de Planeamiento Metropolitano" inşaat şirkətinə istinadla yazıb.
"Dieqo Armando Maradonanın şərəfinə mavzoleyin inşa edilməsi müqaviləsi ləğv edilib", - deyə şirkətdən bildiriblər.
Bildirilib ki, mavzoleyin tikintisi irəliləmiş mərhələdə olsa da, artıq uzun müddətdir obyektdə heç bir iş aparılmır. Şirkətin fikrincə, müqavilənin ləğv edilməsi qərarı sözügedən yerdə bu miqyasda və xarakterdə bir layihənin lazımi zəmanətlərlə reallaşdırılmasına lazımi şəraitin olmadığı ilə əlaqədar ümumi anlaşma əsasında qəbul edilib.
Amma layihənin veb-saytı işləməyə davam edir. Orada hələ də mavzoleyin tikintisinə 120 min peso (82 dollar) ianə etmək mümkündür.
Layihə müəlliflərinin fikrincə, ianə verənlər Maradonanın xatirəsinə ucaldılacaq abidədə yerləşdirilməsi üçün öz fotolarını yükləyə bilərlər.
2024-cü ilin oktyabrında məhkəmə Maradonanın qızlarına futbolçunun nəşini bu il tamamlanması planlaşdırılan mavzoleyə köçürmələrinə icazə verib. Maradona Buenos-Ayres ətrafında ziyarət üçün qapalı olan özəl qəbiristanlıqda dəfn edilib.
Xatırladaq ki, Maradona 2020-ci il noyabrın 25-də 61 yaşında kəskin ürək çatışmazlığından vəfat edib. O, 1986-cı ilin dünya çempionu olub və XX əsrin ən yaxşı futbolçularından biri hesab olunur. Maradona Argentinanın "Arxentinos Xuniors", "Boka Xuniors" və "Nyuells Old Boyz", İspaniyanın "Barselona" və "Sevilya", həmçinin İtaliyanın "Napoli" klublarında çıxış edib. Argentinalı hücumçu İtaliya çempionatının və Kubokunun, İspaniya Kubokunun və UEFA Kubokunun qalibi olub. Ümumən 687 matç keçirib və 363 qol vurub. Argentina yığması üçün 113 matçda 50 qola imza atıb.
Oxşar xəbərlər
Məhkəmə Maradonanın cəsədinin mavzoleyə köçürülməsinə icazə verib
Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq
Dieqo Maradona barədə cizgi serialı çəkiləcək
Dieqo Maradonanın ölümü ilə bağlı məhkəmə iclası ikinci dəfə təxirə salınıb
Məhkəmə-tibb ekspertləri: Maradonanın ölümü qəfil baş verməyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












