Sizinxeber.az » SÖZÜM VAR ! » Gənclər ailə qurmaqdan qorxur – niyə?

Gənclər ailə qurmaqdan qorxur – niyə?

Bu gün Azərbaycanda minlərlə gənc ailə qurmaq fikrindən uzaqdır. Kimisi bu qərarı təxirə salır, kimisi də ümumiyyətlə evlilikdən imtina edir. Halbuki illər əvvəl bu məsələ tamamilə fərqli idi – ailə qurmaq həyatın təbii axarı, yetkinliyin simvolu sayılırdı. İndi isə bu addım risk kimi görünür. Gənclər ailəyə yox, tək qalmağa üstünlük verir. Bu dəyişimin arxasında həm sosial, həm psixoloji, həm də iqtisadi səbəblər dayanır.

Ən önəmli faktorlardan biri iqtisadi çətinliklərdir. Bugünkü reallıqda gənclər orta aylıq əməkhaqqı ilə nə ev ala, nə də kirayədə uzun müddət yaşaya bilir. Toy etmək, ailə saxlamaq, uşaq böyütmək üçün isə sabit və yüksək gəlir olmalıdır. Gənc oğlan deyir: “Evim yoxdur, işim qeyri-sabitdir, necə ailə qurum?” Gənc qız isə deyir: “Ailə qursam, sabah ayrılmaq zorunda qalsam, hara gedəcəyəm?” Beləcə, maddi sabitliyin yoxluğu ailə qurmaq istəklərini ya gecikdirir, ya da tamamilə öldürür.

Digər mühüm səbəb isə uşaqlıqda və yeniyetməlikdə şahid olduqları ailə mühitidir. Əgər bir gənc öz evində ata-ananın mübahisəsini, bir-birinə qarşı laqeydliyini və ya zorakılığını görüb böyüyübsə, o, ailəyə sevgi və xoşbəxtlik məkanı kimi baxmır. Onun yaddaşında ailə səs-küy, təzyiq, məhdudiyyət və qorxu ilə eyniləşir. Belə bir təsəvvürlə ailə qurmaq istəməməsi normaldır. O, öz valideynlərinin həyatını təkrarlamaqdan çəkinir və qorxur.

Zaman dəyişdikcə insanların sosial gözləntiləri də dəyişir. Əvvəllər ailə qurmaq üçün əsas məsələ qarşılıqlı hörmət və uyğunluq idisə, indi sosial şəbəkələr, virtual münasibətlər və ictimai təzyiq evliliyə olan yanaşmanı təhrif edib. Sosial şəbəkədə "sevgililər", "toy hazırlığı", "uşaq partisi" kimi görüntülər gənclərdə ailə həyatının real deyil, ideal versiyasını yaradır. Amma reallıqda ailə gündəlik məsuliyyət, qarşılıqlı anlaşma, fədakarlıq və bəzən də güzəşt tələb edir. Bu ziddiyyət səbəbindən bir çox gənc evlilikdən çəkinir – çünki gözlədiyi ilə qarşılaşacağı uyğun gəlmir.

Başqa bir vacib məsələ isə ailə qurulduqdan sonra üzləşilə biləcək sosial və ailəvi təzyiqlərdir. Bəzi ailələr evlənmiş gənclərə nəfəs almaq imkanı belə vermir. Qayınana problemi, ailəyə müdaxilə, maddi basqı, “uşaq nə vaxt olacaq?” sualları və daha nələr. Bu da gənclərin evliliyə qərar verməsini daha da çətinləşdirir. Onlar bilirlər ki, evlənməklə azadlıqları məhdudlaşa bilər. Və bəzən bu seçimə "yox" demək, "təhlükəsiz qalmaq" demək olur.

Ətraf mühit də öz rolunu oynayır. Hər gün eşitdiyimiz boşanma xəbərləri, ailədaxili zorakılıq faktları, məhkəmələrdə uşaq üzərində çəkişmələr gənclərin qərarına təsir edir. Onlar ailə qurub da bu cür problemlərlə qarşılaşmaqdan qorxurlar. Nəticədə ailə qurmaq arzusu yox, sualı doğurur: “Gərəkdirmi bu qədər risk almaq?”

Bütün bu səbəblər bir nəticəyə gətirib çıxarır: gənclər ailə qurmaqdan qorxur, çünki o ailəyə inanmırlar. Onlar sabitlik, dürüstlük, qarşılıqlı hörmət olmayan bir modelə daxil olmaq istəmirlər. Onların içində ailə arzusu ölməyib, sadəcə real şərait və nümunələr bu arzunu sarsıdır.

Amma bu vəziyyətdən çıxış yolu var. Ailə qurmaq üçün ilk növbədə sosial təzyiq yox, mənəvi və maddi dəstək lazımdır. Gənclərə qarşı gözlənti yox, anlayış göstərilməlidir. Ailə olmaq yalnız evlilik aktı deyil, bir-birinin yükünü bölüşməkdir. Əgər cəmiyyət bu dəyərləri gənclərə aşılaya bilsə, onların qorxuları azalacaq, inamları artacaq.

Əks halda hər yeni nəsil ailəyə daha da uzaqlaşacaq, ailə anlayışı isə yavaş-yavaş yalnız rəsmi sənəddə qalacaq.


İzzət Qurbanov
“Sözüm var” layihəsi üçün yazdı.

ДРУГИЕ НОВОСТИ

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
  2. "Haber Global" Bakıda təşkil olunan forumdan reportaj hazırladı: "Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları artıb"
  3. Bayrama görə pul kimə, necə veriləcək? - Dəqiq izah
  4. Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
  5. Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
  6. Siqaretin qiymətində kəskin artım: Nə baş verir?
  7. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
  8. MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO
  9. Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
  10. Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Галерея
Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq" width="290" alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib width="290" alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir width="290" alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib width="290" alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik" width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib