Manatla bağlı dəyişiklik qiymətlərə necə təsir edəcək?
Azərbaycanda malların gömrük dəyərinin milli valyuta ilə bəyan edilməsi nəzərdə tutulur. Bu, "Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanun layihəsində əksini tapıb.
Maraqlıdır, gömrük dəyərinin manatla bəyan edilməsinə zərurət nədən irəli gəlir? Bunun idxal və ixrac qiymətlərinə təsiri mümkündürmü?
Axar.az Baku TV-yə istinadla xəbər verir ki, iqtisadçı Eldəniz Əmirov əsas səbəblərdən birinin valyuta risklərinin azaldılması olduğunu bildirib.
"Hazırda idxal əməliyyatlarının böyük hissəsi xarici valyuta ilə aparılır və gömrük dəyəri də əsasən dollarla bəyan edilir. Lakin məzənnə dəyişdikdə eyni malın gömrük dəyəri müxtəlif zamanlarda, hətta qısa intervallarda belə fərqli olur. Manatla birbaşa müəyyən edildikdə bu qeyri-müəyyənlik azalır və daha sistemli yanaşma formalaşır", - o deyib.
Ekspertin sözlərinə görə, digər mühüm faktor dövlət büdcəsi ilə bağlıdır: "Gömrük rüsumları və əlavə dəyər vergisi manatla ödənilir. Bu baxımdan daxilolmaların, o cümlədən gömrük dəyərinin milli valyutada müəyyənləşdirilməsi daha məqsədəuyğundur".
Prosesin qiymətlərə təsirinə gəldikdə isə iqtisadçı bunun ciddi dəyişikliklərə səbəb olacağını düşünmür.
Qeyd edək ki, sözügedən dəyişiklikləri nəzərdə tutan qanun layihəsi Milli Məclis plenar iclasında birinci oxunuşda baxılması üçün tövsiyə olunub.
Oxşar xəbərlər
Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
Azərbaycanda malların müvəqqəti saxlanca yerləşdirilməsi şərtləri yüngülləşdirilir
Azərbaycanda "birbaşa gömrük təmsilçiliyi" imkanları artırılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
Venesuelada zəlzələdən sonra fövqəladə vəziyyət elan edilib
