Həbsdə olan tiktoker ev dustaqlığına buraxılıb
sizinxeber.az xəbər saytı

Həbsdə olan tiktoker ev dustaqlığına buraxılıb


Nərimanov Rayon Məhkəməsində "Magerramov" ləqəbli tiktoker Əmrah Məhərrəmovun barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı verdiyi vəsatətə baxılıb.

Sizinxeber.az xəbər verir ki, məhkəmənin qərarı ilə Əmrah Məhərrəmovun barəsində olan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Xatırladaq ki, Ə.Məhərrəmov ötən ilin dekabr ayında saxlanılıb. Ə.Məhərrəmov Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə təqsirli bilinərək barəsində həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bundan əvvəl "Xozeyn" ləqəbli tiktoker Vüqar Kərimov da ev dustaqlığına buraxılıb.

Oxşar xəbərlər

"Xan" ləqəbli Tiktoker həbs edildi
"Xozeyn" ləqəbli tiktoker ev dustaqlığına buraxldı
Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI
"TikTok"er xanımlar da tutuldu
Tiktoker "Nurdan" həbs edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər