Şəmkirdə 5 kq narkotik dövriyyədən çıxarılıb, saxlanılanlar var
Şəmkir rayonunda 5 kq narkotik dövriyyədən çıxarılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Elşad İsmayılov saxlanılıb.
Onun üzərində şəxsi axtarış zamanı narkotik vasitə olan “marixuana” aşkar edilib.
Saxlanılan şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun yaşadığı evə baxış keçirilib və oradan 4 kq 700 qram narkotik vasitə olan “marixuana” aşkarlanaraq götürülüb.
Bundan başqa, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda və satmaqda şübhəli bilinən 7 nəfər də saxlanılıb. Onların üzərindən, avtomobilindən və yaşadıqları ünvandan müxtəlif çəkidə və növdə narkotik vasitə aşkar edilib.
Faktlarla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Şəmkir sakinindən 7 kiloqram narkotik vasitə aşkarlanıb
Həftəsonu 50 kiloqramdan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Ağcabədidə 12 kiloqram narkotik vasitə aşkarlanıb
Keçmiş məhkumdan narkotik vasitələr götürülüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
