Göygöldə yol qəzası baş verib, xəsarət alanlar var
sizinxeber.az xəbər saytı

Göygöldə yol qəzası baş verib, xəsarət alanlar var


Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza rayonun Üçtəpə kəndində qeydə alınıb.

Belə ki, "Opel" və "Toyota" markalı minik avtomobilləri toqquşub.

Nəticədə, 1979-cu il təvəllüdlü H.Məlikov və 1994-cü il təvəllüdlü C.Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Goranboyda iki avtomobil toqquşub, xəsarət alanlar var - YENİLƏNİB
Goranboyda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Gədəbəydə minik maşını aşıb,xəsarət alanlar var
Gəncədə sərnişin avtobusu ilə minik maşını toqquşub, xəsarət alanlar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər