Cəlilabadda toyda döyülən şəxs ölüb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Cəlilabadda toyda döyülən şəxs ölüb - YENİLƏNİB


Cəlilabad rayon sakini Qəmbər Yusubovun aldığı bədən xəsarətlərindən iyunun 5-də xəstəxanada ölməsi ilə bağlı polisə məlumat daxil olub.

Hadisə ilə bağlı Sizinxeber.az-nın cənub bürosunun sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

İlkin məlumata görə, mayın 28-də Masallı rayonu ərazisində baş verən mübahisə zamanı o, həmkəndlisi – 22 yaşlı Babək Şahmarov tərəfindən döyülərək xəsarət alıb.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə B.Şahmarov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma davam etdirilir.

***

19:14

Cəlilabad rayonunda iki gün əvvəl toyda döyülən şəxs ölüb.

Sizinxeber.az-nın cənub bürosunun verdiyi xəbərə görə, Cəlilabad rayonunun Həziabad kəndində toy mərasimində baş verən insident ölümlə nəticələnib.

Belə ki, 1984-cü il təvəllüdlü Qənbər Yusubov toyda iki qardaş tərəfindən döyülüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Q.Yusubov xəstəxanaya hospitalizasiya olunub və ona ilkin tibbi yardım göstərilib.

O, xəstəxanada qalmaqdan imtina edib.

Daha sonra səhhəti pisləşdiyi üçün bu gün yenidən xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Cəlilabad toyda döyülən şəxs bir neçə gün sonra ölüb, saxlanılan var - YENİLƏNİB
Cəlilabadda toyda döyülən şəxs ölüb
Cəlilabadda toy karvanında xəsarət alan 73 yaşlı kişi ölüb - FOTO - YENİLƏNİB
Oğurladığı 4500 manatı mobil oyunlara xərcləyən Cəlilabad sakini saxlanılıb
2 min manatlıq noxud oğurlayan Cəlilabad sakini saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle