Levon Mnatsakanyan Aprel döyüşləri zamanı Ermənistandan aldığı tapşırıqları məhkəmədə açıqlayıb
sizinxeber.az xəbər saytı

Levon Mnatsakanyan Aprel döyüşləri zamanı Ermənistandan aldığı tapşırıqları məhkəmədə açıqlayıb


Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyan 2016-cı ildə baş vermiş Aprel döyüşləri ilə bağlı dövlət ittihamını müdafiə edən prokurorun suallarını cavablandırıb.

"Report" xəbər verir ki, o, həmin vaxt qondarma rejimin “müdafiə naziri” olduğunu, hadisə ilə bağlı Ermənistan silahlı qüvələrinin əməliyyat idarəsinin rəisi Artak Davtyana və baş qərargah rəisi Yuri Xaçaturova məruzə etdiyini bildirib. “Mən məruzə edəndən sonra baş qərargah rəisi göstəriş verdi ki, hətta rezervləri də cəmlənmə rayonlarına çıxarım”, - deyə o əlavə edib.

Təqsirləndirilən şəxs Aprel döyüşləri zamanı Ermənistan silahlı qüvvələrindən aldığı tapşırıqları da sadalayıb. Bu taşırıqlara ön xətti gücləndirmək, rezervləri müvafiq rayonlara çıxarmaq, əlavə komplektləşdirmə həyata keçirmək və rəqibin hücumunun qarşısını almaq üçün bütün vasitələrdən istifadə etmək daxil imiş.

Levon Mnatsakanyan Aprel döyüşləri zamanı “D-20”, “D-30” silahlarından, qrad raketlərindən, atıcı silahlardan istifadə etdiklərini bildirib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi iyunun 12-də davam etdiriləcək.

Oxşar xəbərlər

Levon Mnatsakanyan məhkəmədə Azərbaycanın suveren ərazilərinin işğalında iştirak etdiyini təsdiqləyib
Mnatsakanyan: Qondarma rejimin silah-sursat təminatını Ermənistan Müdafiə Nazirliyi həyata keçirirdi
Levon Mnatsakanyan Azərbaycan ərazilərinin işğalında iştirak etdiyini məhkəmədə təsdiqləyib
Aprel döyüşlərində yaralanmış hərbçi: Ermənistan ordusu qadağan olunmuş mərmilərdən istifadə edirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle