Zərdabda qanunsuz tikili sökülüb
sizinxeber.az xəbər saytı

Zərdabda qanunsuz tikili sökülüb


Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Zərdabda qanunsuz tikilini söküb.

Bu barədə "Sizinxeber.az"a FHN-dən məlumat verilib.

Bildirilib ki, Əmlak Məsələləri Dövlət Xidmətinin yerli ərazi şöbəsi tərəfindən Zərdab rayonunun Qoruqbağı kəndi ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahəsində vətəndaş Bəkirov Taleh Ağaəli oğlu tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti və Zərdab Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

Qeyd edək ki, sosial şəbəkədə gün ərzində rayon ərazisində tövlənin sökülməsi ilə bağlı videolar paylaşılıb. Həmin videolarda qadının ona məxsus tikilinin sökülməsinə etiraz etməsi əksini tapıb.

Oxşar xəbərlər

Ağcabədidə qanunsuz tikili sökülüb
Qubada qanunsuz tikinti sökülüb
Daşkəsəndə qanunsuz tikili sökülüb
Saray qəsəbəsində qanunsuz tikili sökülüb
Hökməli qəsəbəsində qanunsuz tikili sökülüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle