Naxçıvanda İrandan Türkiyəyə gedən yük maşınında 77 kq narkotik tapılıb - FOTO
Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına “divar paneli” yükü aparan Türkiyə Respublikasının vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsi Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunda kinoloji xidmət iti tətbiq edilməklə əsasalı yoxlamaya cəlb olunub.
APA xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Yoxlama zamanı yük nəqliyyat vasitəsində “divar paneli” yükünün içərisində aşkar edilməsini çətinləşdirən üsullarla gizlədilmiş halda, gümüşü rəngli folqaya bükülmüş 24 ədəd bağlamada külli miqdarda, ümumi təmiz çəkisi 77 kq 150 qr olan narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırılma aparılır.
Oxşar xəbərlər
Naxçıvanda İrandan Bolqarıstana yük aparan maşında 7 kq narkotik tapılıb - FOTO
İrandan Türkiyəyə gedən yük maşınında 101 kq "patı" aşkar edilib
Astarada İrandan Rusiyaya meyvə aparan maşında 76 kq narkotik aşkar edilib - FOTO
İrandan Rusiyaya gedən maşında 97 kq narkotik tapılıb - FOTO
“Kahı” aparan nəqliyyat vasitəsindən külli miqdarda narkotik vasitə aşkar edilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











