Kəlbəcər sakini Murovdağdan yıxılaraq xəsarət alıb
sizinxeber.az xəbər saytı

Kəlbəcər sakini Murovdağdan yıxılaraq xəsarət alıb


Kəlbəcər sakini rayon ərazisində dağdan yıxılaraq xəsarət alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Murovdağ silsiləsində qeydə alınıb. Kəlbəcər rayonunun Çaykənd kənd sakini 1989-cu il təvəllüdlü X.Ömərov dağda ehtiyatsızlıqdan yıxılıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Ona ayağın sınığı diaqnozu qoyulub. Hadisə ilə bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Göygöl sakini Kəlbəcərdə dağdan yıxılaraq xəsarət alıb
Gədəbəy sakini ağacdan yıxılaraq ölüb
Gəncədə Kəlbəcər rayon sakini bıçaqlanıb
Şəmkir sakini ağacdan yıxılaraq ölüb 

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər