Şəmkirdə minik avtomobili dərəyə aşıb, 5 nəfər xəsarət alıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Şəmkirdə minik avtomobili dərəyə aşıb, 5 nəfər xəsarət alıb - YENİLƏNİB


Şəmkirdə minik avtomobilinin dərəyə aşması nəticəsində xəsarət alan şəxslərin adları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, xəsarət alan şəxslər Şəmkir rayon sakinləri 1971-ci il təvəllüdlü Z. Məmmədov, 1972-ci il təvəllüdlü G. Yolçuyev, 1983-cü il təvəllüdlü N. Səfərov, 1991-ci il təvəllüdlü O. Məmmədov və 1979-cu il təvəllüdlü E. Süleymanovdur.

Xəsarət alanlardan dörd nəfərinin vəziyyətinin orta-ağır olduğu bildirilir.

***

22:52

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mitsubishi" markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.

Qəza nəticəsində minik avtomobili deformasiyaya uğrayıb və dərhal əraziyə FHN-nın xilasediciləri cəlb olunub.

Avtomobildə sıxılmış vəziyyətdə olan bir neçə nəfər çıxarılaraq xəstəxanaya aparılıb.

Hadisə yerində polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Şəmkirdə yük maşını dərəyə aşıb, xəsarət alanlar var
Şəmkirdə minik avtomobili dərəyə aşıb, xəsarət alanlar var
Göygöldə minik avtomobili "Kamaz"a çırpılıb, xəsarət alan var
Göygöldə minik maşını dərəyə aşıb, xəsarət alan var - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar