

Bakıda sayğaclarda problem olması bəhanəsi ilə vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb
Özünü dövlət qurumlarının əməkdaşı kimi təqdim edərək vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb.
APA DİN-ə istinadən xəbər verir ki, paytaxtın Nəsimi, Nizami, Səbail və digər rayonlarında silsilə dələduzluq hadisələri qeydə alınıb. Naməlum şəxs özünü ayrı-ayrı dövlət qurumlarının əməkdaşı kimi təqdim edərək vətəndaşların evinə daxil olub və mənzillərində quraşdırılan sayğaclarda problem olması bəhanəsi ilə onları aldadaraq pul vəsaitlərini ələ keçirib.
Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı dələduzluq etməkdə şübhəli bilinən 34 yaşlı Rəfail Əsgərov saxlanılıb. Onun qanunazidd əməlləri təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.
Faktlarla bağlı araşdırma aparılır.
R.Əsgərovun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.
Oxşar xəbərlər
Özünü dövlət qurumlarının əməkdaşı kimi təqdim edərək vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb
Lənkəranda müavinət düzəltmək adı ilə 1025 manat pulu mənimsəyən şəxs saxlanılıb
Müharibə iştirakçılarına qarşı 60 min manatlıq dələduzluq edilib, özünü hüquq müdafiəçisi kimi təqdim edən şəxs tutulub - VİDEO
Qaxda dələduzluqla vətəndaşların 32 min manatını ələ keçirən şəxs saxlanılıb
Ağsuda ev təmir etmək adı ilə dələduzluq edərək vətəndaşları aldadan şəxs saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
-
Minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir
-
Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub
-
Tayland turistlərə alış-verişləri kriptovalyuta ilə ödəməyə icazə verəcək
