Yol polisini təhdid edən sürücü həbs olunub - VİDEO
sizinxeber.az xəbər saytı

Yol polisini təhdid edən sürücü həbs olunub - VİDEO


Yol polisini saxta görüntüləri internetdə yayacağı ilə bağlı təhdid edən sürücü həbs olunub.

Sizinxeber.az xəbər verir ki, Bakıda “Opel” markalı avtomobilin sürücüsü Sərxan Məmmədov saxlanılıb. Məlumata görə, eyni anda iki qayda pozuntusu edən sürücü saxlanılaraq barəsində protokol tərtib edilib. Sürücü DYP əməkdaşlarını şantaj etmək məqsədilə guya onlara pul verməsi ilə bağlı saxta videogörüntü çəkərək sosial şəbəkələrdə paylaşıb.

Əməkdaşla sürücü arasındakı dialoq yol polisinin yaxa kamerası ilə qeydə alınıb, şantajçı sürücü ifşa edilib.

Barəsindəki protokolun ləğvinə çalışan və əməkdaşları təhdid etməyə cəhd göstərən S.Məmmədov əməlini etiraf edib və həbs olunub.

Oxşar xəbərlər

Paytaxt ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs olunub - VİDEO
Cəlilabadda avtoxuliqanlıq edən sürücü həbs edilib
Masallıda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs olunub - FOTO
Masallıda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edilib - FOTO
Qarlı yolda avtoxuliqanlıq edən sürücü həbs olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər