Əfv Sərəncamının icrası başa çatıb - YENİLƏNİB-2
sizinxeber.az xəbər saytı

Əfv Sərəncamının icrası başa çatıb - YENİLƏNİB-2


Əfv Sərəncamının icrası başa çatıb.

"Sizinxeber.az" xəbər verir ki, əfvin icrası Penitensiar Xidmət müəssisələrində, İcra və Probasiya xidmətlərində həyata keçirilib.

14:46

Əfv Sərəncamının icrasına başlanılıb.

"Sizinxeber.az" xəbər verir ki, əfvin icrası Penitensiar Xidmət müəssisələrində, İcra və Probasiya xidmətlərində həyata keçirilir. 

11:10

Prezident İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamının icrası bu gün həyata keçiriləcək.

"Sizinxeber.az" xəbər verir ki, əfvin icrası Penitensiar Xidmət müəssisələrində, İcra və Probasiya xidmətlərində təşkil olunacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 175 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Sərəncama əsasən, 25 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzası şərti tətbiq edilmiş 1 nəfər, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarının çəkilməsi təxirə salınmış 2 nəfər cəzadan azad edilib.

Bundan başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 2 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, islah işləri cəzasına məhkum edilmiş 4 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 1 nəfər cəzadan azad edilib

FOTO: Zaur Mustafayev . Samira Hasanova .  Məhəmməd Ağayev

Oxşar xəbərlər

Əfv Sərəncamının icrasına başlanılıb - YENİLƏNİB
Əfv Sərəncamının icrasına başlanıb - YENİLƏNİB
Əfv Sərəncamı bu gün icra olunacaq
Əfv sərəncamı 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Əfv sərəncamı 11 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər