NİİM: Yol qəzalarının əsas səbəblərindən biri sükan arxasında mobil telefondan istifadədir - VİDEO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
may
2025
12:01

NİİM: Yol qəzalarının əsas səbəblərindən biri sükan arxasında mobil telefondan istifadədir - VİDEO

26 may, 2025
12:01
509

NİİM: Yol qəzalarının əsas səbəblərindən biri sükan arxasında mobil telefondan istifadədir - VİDEO

"Qeydə alınan yol-nəqliyyat hadisələrinin səbəblərindən biri də bəzi sürücülərin nəqliyyat vasitəsini idarə edərkən sükan arxasında diqqəti yayındıracaq hərəkətlərə yol vermələridir".

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.

Qeyd olunub ki, bu məsələdə əsas məqamlar hərəkət zamanı sürücülərin sükan arxasında mobil telefondan istifadə etmələri - telefonla danışmaları, telefonda sosial şəbəkələrə baxmaqları və sərnişinlərlə diqqəti yayındıracaq söhbətlər etmələləri ilə bağlıdır: "Müşahidələr onu deməyə əsas verir ki, diqqətin bir saniyə belə yayınması qəzaların baş verməsinə səbəb olur.
Belə sürücülər bilməlidirlər ki, tək özləri və sərnişinləri deyil, digər yol hərəkəti iştirakçılarına qarşı da məsuliyyətli və diqqətli olmalıdırlar".

Bizimlə əlaqə saxlayın