DİN sosial şəbəkədə yayılan görüntülərlə bağlı araşdırmaya başlayıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
may
2025
11:30

DİN sosial şəbəkədə yayılan görüntülərlə bağlı araşdırmaya başlayıb

26 may, 2025
11:30
620

DİN sosial şəbəkədə yayılan görüntülərlə bağlı araşdırmaya başlayıb

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə yayılan görüntələrlə bağlı araşdırmaya başlayıb.

Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib. 

Bildirilib ki, tərəflər arasında olan mübahisə Füzuli Rayon Polis Şöbəsində araşdırılır:

"Mübahisə tərəflərinin əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcəkdir".

Qeyd edək ki, sosial şəbəkədə qadının şəhidin plakatını təhqir etdiyi iddia edilən kişini döyməsi ilə bağlı video görüntülər paylaşılıb. Sözügedən qadının şəhidin anası olduğu bildirilir. 

Bizimlə əlaqə saxlayın