Kürdəmirdə zəncirvari yol qəzası olub, xəsarət alanlar var
sizinxeber.az xəbər saytı

Kürdəmirdə zəncirvari yol qəzası olub, xəsarət alanlar var


Kürdəmir rayonunda zəncirvari yol qəzası olub, xəsarət alanlar var.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ 2107" markalı avtomaşının sürücüsü, Göygöl rayon sakini olan 21 yaşlı Eşqin Əliyev Kürdəmir istiqamətində hərəkətdə olarkən əvvəlcə onunla eyni istiqamətdə hərəkətdə olan “Chevrolet” markalı avtomobilə, daha sonra isə yol kənarında dayanan “Mercedes” markalı yük maşınına çırpılıb.

Nəticədə VAZ-da olan sürücü və onun anası, Göygöl rayon sakini 43 yaşlı Həsənova Mətanət Camal qızı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım briqadasının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Zaqatalada yol qəzası baş verib, xəsarət alanlar var
Yevlaxda avtomobil qəzası olub, ölən və xəsarət alanlar var 
Biləsuvarda iki yol-nəqliyyat qəzası olub, xəsarət alanlar var
Cəlilabadda yol qəzası baş verib, xəsarət alanlar var 
Şabranda avtomobil maneyə çırpılıb, xəsarət alanlar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər