Tərtər çayında boğulan yeniyetmənin meyiti tapılıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Tərtər çayında boğulan yeniyetmənin meyiti tapılıb - YENİLƏNİB


Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Tərtər çayının Bərdə şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə "Report"a nazirlikdən bildirilib.

Qeyd olunub ki, məlumatla əlaqədar əraziyə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çayda batmış 2010-cu il təvəllüdlü Fərəcov Əli Bəxtiyar oğlunun cəsədi suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

17:06

Bərdə rayonunda yeniyetmə Tərtər çayında boğulub.

"Report"un Qarabağ bürosunun hadisə şahidlərindən əldə etdiyi məlumata görə, Ağdam rayon sakini - 2010-cu il təvəllüdlü Əli Fərəcov Tərtər çayının Bərdə şəhəri ərazisindən keçən hissəsində boğulub.

Hələ ki onun hansı şəraitdə çaya düşdüyü məlum deyil.

İlkin məlumata görə, Ə.Fərəcov Tərtər çayının sahilinə yaxın şadlıq saraylarından birində toyda olub.

Oxşar xəbərlər

Bərdədə 15 yaşlı oğlan Tərtər çayında boğulub
Bərdəyə toya gələn 15 yaşlı Ağdam sakini çayda boğulub - YENİLƏNİB-1
Kür çayının Zərdabdan keçən hissəsində bir nəfər batıb
Qusarda su kanalında batan şəxsin meyiti tapılıb
Şəmkirdə Kür çayında batan yeniyetmənin meyiti tapılıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər