Tərtərdə ağır yol qəzasında dörd nəfər yaralanıb
sizinxeber.az xəbər saytı

Tərtərdə ağır yol qəzasında dörd nəfər yaralanıb


Tərtərdə ağır yol qəzası baş verib.

“Sizinxeber.az”un Qarabağ bürosunun verdiyi xəbərə görə, yol-nəqliyyat hadisəsi rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində Tərtər rayon Cəmilli kənd sakinləri 1961-ci il təvəllüdlü Şabanov Eldar Əli oğlu, 1986-cı il təvəllüdlü Şahbazov Elməddin Eldəniz oğlu, 1963-cü il təvəllüdlü Şabanov Elxan Əli oğlu və 1955-ci il təvəllüdlü Əliaslanov Məzahir Şəkəralı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım avtomobili ilə Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Tərtərdə "Mercedes"lə "Prius" toqquşub, 4 nəfər xəsarət alıb
Binədə ağır yol qəzasında iki nəfər yaralanıb
Salyanda yol qəzası olub, 4 nəfər xəsarət alıb
Neftçalada ağır yol qəzasında 6 nəfər xəsarət alıb
Salyanda yol qəzası olub, 3 nəfər xəsarət alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər