Xalq artisti Ağadadaş Ağayev balta ilə klinikanın xadiməsinə xəsarət yetirib - TƏFƏRRÜAT - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Xalq artisti Ağadadaş Ağayev balta ilə klinikanın xadiməsinə xəsarət yetirib - TƏFƏRRÜAT - YENİLƏNİB


Xalq artisti Ağadadaş Ağayevlə bağlı baş verən insidentin bəzi təfərrüatları məlum olub.

Sizinxeber.az-nın əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonu ərazisində Xalq artisti Ağadadaş Ağayevin yaşadığı binanın həyətində, özəl klinika ilə üzbəüz yerləşən ərazidə baş verib.

Xəstəlikdən əizyyət çəkən Xalq artistinin halı pisləşdiyi üçün klinikadan yardım istəyib.

Evinin eyvanına çıxan Ağadadaş Ağayev xəstəxananın personalına müracətlə vəziyyətinin pis olduğunu, təcili həkim yardımına ehtiyacının olduğunu deyib.

Mühafiçəçi isə onu klinikaya dəvət edib. Bu zaman A. Ağayev əlində olan baltanı mühafizəçiyə tullayıb.

Balta yerə düşəndən sonra orada işləyən xadimənin ayağına dəyib.

Qeyd edək ki, A. Ağayev uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkir.

***

11.08

Daxili İşlər Nazirliyi Xalq artisti Ağadadaş Ağayevlə bağlı yayılan xəbərlər barədə məlumat yayıb.

DİN-in mətbuat xidmətindən Sizinxeber.az-ya bildirilib ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini Ağadadaş Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini əlindəki, balta ilə onu hədələdiyini bildirib.

N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin araşdırmalara başlanılıb.

Oxşar xəbərlər

Xalq artisti Ağadadaş Ağayev tanışı ilə əlbəyaxa dava edib, araşdırma aparılır
Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - TƏFƏRRÜAT - YENİLƏNİB
Ağadadaş Ağayev tanışını baltaladı
Mövlud Süleymanlı ilə vida mərasimi keçirilib - FOTO
Ukrayna XİN başçısı Çinə səfər edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər