Hüseyn Əzizoğlunun restoranında baş verən bıçaqlanma ilə bağlı
sizinxeber.az xəbər saytı

Hüseyn Əzizoğlunun restoranında baş verən bıçaqlanma ilə bağlı




Bakının Yasamal rayonunda yerləşən “Papaq” restoranında bıçaqlanma ilə nəticələnən dava düşüb. 

Sizinxeber.az-in məlumatına görə, hadisə zamanı bir nəfər bıçaqlanıb. 

DİN Mətbuat Xidmətinin inspektoru, polis kapitanı Nurlan Əliyev saytımıza bildirib ki, dava olması barədə daxil olan müraciət əsasında ərazi üzrə polis orqanında araşdırma aparılır. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, “Papaq” restoranlar şəbəkəsinin sahibi bir vaxtlar tanınmış bloqer olan Hüseyn Əzizoğludur.

***08:14

Bakının Yasamal rayonunda restoranda dava düşüb.

Hadisə “Papaq” restoranında qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Yaqubov Aqil Anar oğlu restoranda qardaşı ilə mübahisə edən şəxslərlə əlbəyaxa olub.

Həmin vaxt o, bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktı Yasamal Rayon Polis İdarəsinin 26-ci Polis Bölməsinin əməkdaşları araşdırır.//Apa

Sizinxeber.az

Oxşar xəbərlər

Bakıda 20 yaşlı gəncə dostu 6 bıçaq zərbəsi vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tovuzda qohumlar arasında mübahisə düşüb, bıçaqlanan var  [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda iki dost bıçaqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda 22 yaşlı gənc bıçaqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrəvanda polis əməkdaşları ilə Azərbaycanın qaytardığı hərbçilərin yaxınları arasında dava düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər