Qubada üç nəfər küçə itinin hücumuna məruz qalıb
sizinxeber.az xəbər saytı

Qubada üç nəfər küçə itinin hücumuna məruz qalıb


Quba rayonunda küçə iti üç nəfərə hücum edib.

"Report"un Şimal burosunun məlumatına görə, hadisə rayonun 2-ci Nügədi kəndində baş verib.

Belə ki, 7 yaşlı 1-ci sinif şagirdi dərsdən evə qayıdarkən sahibsiz it ona hüсum edib. Daha sonra uşağa köməyə gələn qadınlara da hücum edən it onları ayaq və əl nahiyəsindən dişləyib.

Həmin vaxt ərazidə olan yol polisi əməkdaşları it hücumuna məruz qalan yaralıları xidməti avtomobilləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırıblar.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Qubada küçə itləri 3 nəfərə xəsarət yetirib
Qubada sahibsiz itlər 3 nəfərə hücum edib
Qubada ağır yol qəzası olub, ölən və xəsarət alan var - YENİLƏNİB
29 yaşlı Quba sakini intihar edib
Qubada sahibsiz itlər 3 nəfərə hücum edib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle