Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var
Şəkidə minik avtomobilləri toqquşub.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki şəhəri ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, “VAZ-21010” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər - 1997-ci il təvəllüdlü Şəki rayonu Aşağı Küngüt kənd sakini Lətif Kazım oğlu Hacılı, 1956-cı il təvəllüdlü Şəki rayonu Baş Küngüt kənd sakini Əjdər Şəmsəddin oğlu Səlimov və 1968-ci il təvəllüdlü Şəki rayonu Baş Kəldək kənd sakini Yaşar Yaraməd oğlu Pirməmmədov xəsarət alıb. Onlar Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Oğuzda minik avtomobilləri toqquşub, xəsarət alan var
Şəkidə baş verən yol qəzasında beş nəfər xəsarət alıb
Sumqayıtda qəza baş verib, 2 nəfər xəsarət alıb
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var
Göygöldə iki maşın toqquşub, ölən və xəsarət alanlar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













