sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Cəlilabadda dələduzluq edən şəxs saxlanılıb
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini dələduzluq yolu ilə ələ keçirən, əvvəllər məhkum olunmuş 41 yaşlı Rasim Yusubov tutulub.
DİN Mətbuat Xidməti Lənkəran regional qrupundan "Sizinxeber.az"un Muğan bürosuna bildirilib ki, o, zərər çəkənləri işlə təmin etmək və təqaüd təyin etdirmək barədə yalan vədlər verərək aldadıb.
R.Yusubov dələduzluq yolu ilə Cəlilabad və Masallı rayon sakini olan 8 nəfərin müxtəlif məbləğlərdə pulunu ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə R.Yusubov barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
İşə düzəltmək adı ilə vətəndaşların 17 min manatını ələ keçirməkdə təqsirləndirilən şəxs həbs olunub
İşə düzəltmək adı ilə vətəndaşların pulunu ələ keçirən şəxs həbs olunub
İşə düzəltmək adı ilə vətəndaşlardan pul mənimsəyən şəxs həbs olunub
Dələduzluq yolu ilə vətəndaşların külli miqdarda pulunu ələ keçirən sayt rəhbəri həbs edilib
Qaxda vətəndaşların 32 min manatını dələduzluqla ələ keçirən şəxs saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin










