Qubada məktəblini avtomobillə vuran şəxs saxlanılıb - YENİLƏNİB
Quba şəhərinin Ə.Nərimanov küçəsində məktəbli 11 yaşlı İmran Teymurovu "Ford" markalı avtomobillə vuran şəxs saxlanılıb.
Sizinxeber.az-nın Şimal bürosu xəbər verir ki, hadisəni törədən sürücü 31 yaşlı Muradov Kənan Rauf oğlu polisə təslim olub.
O, yaralını Quba rayon Mərkəzi Xəstəxanasına aparıb, daha sonra Quba Rayon Polis Şöbəsinə gələrək yol-nəqliyyat hadisəsi törətdiyini etiraf edib.
Faktla bağlı araşdırma aparılır.
***
18:42
Qubada məktəblini avtomobil vurub.
Sizinxeber.az-nın Şimal bürosu xəbər verir ki, hadisə Quba şəhərinin Ə.Nərimanov küçəsidə baş verib.
2014-cü il təvəllüdlü İmran Teymurovu Ford" markalı nəqliyyat vasitəsi vurub.
Xəsarət alan azyaşlı Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Qubada məktəblini avtomobil vurub
Qubada avtomobil 2 piyadanı vurub
Qubada həkim avtomobillə müəllimi vurub
Qubada qəzada ölən va yaralanan şəxslərin kimliyi məlum olub - FOTO - YENİLƏNİB
Qubada 63 yaşlı kişi nərdivandan yıxılaraq ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin










