Hövsanda partlayışda xəsarət alan şəxsin vəziyyəti ağırdır - YENİLƏNİB-2
sizinxeber.az xəbər saytı

Hövsanda partlayışda xəsarət alan şəxsin vəziyyəti ağırdır - YENİLƏNİB-2


Hövsanda partlayış zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə aprelin 22-də saat 00:05 radələrində Suraxanı rayonu, Hövsan-Türkan yolunda yerləşən həyət evində partlayış baş verməsi səbəbilə çağırış qeydə alınıb. 

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 

Xəsarət alan 24 yaşlı (kişi cinsli) şəxs üzün, hər iki qulaq seyvanının, boynun, hər iki saidin, gövdənin arxa səthinin II-III dərəcəli termiki alov yanığı, tənəffüs yollarının yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.

09:42

Hövsanda partlayış baş verən ev spirt məhsulları istehsalı sexi kimi fəaliyyət göstərib.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Bildirilib ki, ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli 4 otaqlı evin (spirt məhsulları istehsalı sexi kimi fəaliyyət göstərən) yanar konstruksiyaları yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

09:22

Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində evdə partlayış olub.

"Report" xəbər verir ki, hadisə Bağlar massivində fərdi evdə qeydə alınıb.

Nəticədə evdə olan Elvin Məmmədov ölüb, Nihad Əşrəfov isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

TƏBİB Nübar qəsəbəsində baş vermiş partlayışda yaralananların vəziyyətinə aydınlıq gətirib
Sumqayıtda və Novxanıdakı partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb
Abşeronda baş verən partlayışda xəsarət alan 5 nəfərin vəziyyəti məlum olub - VİDEO - YENİLƏNİB
Sumqayıt Tibb Mərkəzi: Partlayış zamanı xəsarət alanlardan biri ölüb, digərinin vəziyyəti ağırdır - YENİLƏNİB
Sumqayıtda Reabilitasiya Mərkəzində baş verən yanğında bir nəfər xəsarət alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle