Hövsanda partlayış baş verən ev spirt məhsulları istehsalı sexi kimi fəaliyyət göstərib - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
22 
apr
2025
10:00

Hövsanda partlayış baş verən ev spirt məhsulları istehsalı sexi kimi fəaliyyət göstərib - YENİLƏNİB

22 apr, 2025
10:00
758

Hövsanda partlayış baş verən ev spirt məhsulları istehsalı sexi kimi fəaliyyət göstərib - YENİLƏNİB

Hövsanda partlayış baş verən ev spirt məhsulları istehsalı sexi kimi fəaliyyət göstərib.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Bildirilib ki, ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli 4 otaqlı evin (spirt məhsulları istehsalı sexi kimi fəaliyyət göstərən) yanar konstruksiyaları yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

09:22

Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində evdə partlayış olub.

"Report" xəbər verir ki, hadisə Bağlar massivində fərdi evdə qeydə alınıb.

Nəticədə evdə olan Elvin Məmmədov ölüb, Nihad Əşrəfov isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın