sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Yardımlıda narkokuryerlər saxlanılıb
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər. Tədbirlərlə hər ikisi əvvəllər məhkum olunmuş 37 Natiq Baxışov və 40 yaşlı Tural Şıxıyev saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, onlardan ümumilikdə 13 kiloqram marixuana və 4558 ədəd ədəd metadon həbi aşkarlanıb. T.Şıxıyev və N.Baxışovun narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri və maddi qazanc qarşılığında Bakı şəhərində deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Oxşar xəbərlər
Lerikdə saxlanılan narkokuryerdən 10 kq narkotik aşkarlanıb
Bakıya külli miqdarda narkotik gətirmək istəyən şəxslər saxlanılıblar
Yardımlıda narkokuryer qohumlar saxlanılıblar
Biləsuvarda saxlanılan narkokuryerdən külli miqdarda narkotik vasitə və həblər aşkarlanıb - FOTOLENT
Lerikdə narkokuryerliyə cəlb olunmuş şəxslər saxlanılıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin










