
Bakıda anbarda baş verən yanğın şiddətlənib, qərargah yaradılıb - YENİLƏNİB-3 - VİDEO

Bakıda anbarda baş verən yanğın şiddətlənib, qərargah yaradılıb - YENİLƏNİB-3 - VİDEO
Bakıda anbarda baş verən yanğınla bağlı qərargah yaradılıb.
Bu barədə “Sizinxeber.az”un hadisə yerində olan əməkdaşı xəbər verir.
Yanğın baş verən əraziyə 5 əsas, 2 xüsusi yanğısöndürən texnika cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam edir.
Bakıda anbarda baş verən yanğın şiddətlənib.
“Sizinxeber.az”un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, əraziyə 6-a yaxın yanğınsöndürən texnikası cəlb olunub.
İlkin məlumata görə, anbarda müxtəlif təyinatlı mallar saxlanılır. Yanğının şiddətlənməsinə səbəb alova həssas kompüter avadanlıqlarının yanmasıdır.
Ehtimala görə, yanğının baş verməsinə səbəb kimi qısaqapanma göstərilir.
Bakının Nəsimi rayonu, Nizami küçəsində anbarlardan birində baş verən yanğın səbəbindən Kövkəb Səfərəliyeva küçəsindən Nizami və Yusif Səfərov küçələri istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Bakının Nizami küçəsində, anbarda yanğın başlayıb.
"Sizinxeber.az"un hadisə yerində olan müxbirinin məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Foto: Vüqar Xanlarov