sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Salyanda kranın trosu qırılıb, sürücü avtomobilin altında qalaraq ölüb
Salyan rayonunda kranın qırılan trosu ölümə səbəb olub.
“Sizinxeber.az”un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunda, “Yolüstü” istirahət mərkəzinin yaxınlığında qeydə alınıb.
Belə ki, 1959-cu il təvəllüdlü Quliyev Sədrəddin Mirzağa oğlunun idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində sürücü yüngül xəsarət alıb.
Lakin hadisə yerinə avtomobili qaldırmaq üçün gələn kranın trosu qırılıb və avtomobil sürücünün üzərinə düşüb. Nəticədə Quliyev Sədrəddin hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Salyanda avtomobili qaldıran kranın trosu qırılıb, sürücü avtomobilin altında qalaraq ölüb
Salyanda avtomobil aşıb, xəsarət alan var
Salyanda minik avtomobili aşıb, 3 nəfər xəsarət alıb
Astarada minik avtomobili dərəyə aşıb, ölən və xəsarət alan var
Salyanda avtomobil aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













