Salyanda avtomobili qaldıran kranın trosu qırılıb, sürücü avtomobilin altında qalaraq ölüb
sizinxeber.az xəbər saytı

Salyanda avtomobili qaldıran kranın trosu qırılıb, sürücü avtomobilin altında qalaraq ölüb


Salyanda qəzaya uğrayan avtomobili qaldıran kranın trosu qırılıb, sürücü avtomobilin altında qalaraq ölüb.

Sizinxeber.az-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, “KİA” markalı avtomobili idarə edən 1959-cu il təvəllüdlü Quliyev Sədrəddin Mirzəağa oğlu idarəetməni itirərək yoldan çıxıb və avtomobili aşırıb.

Hadisə nəticəsində yüngül xəsarət alan sürücü avtomobili qaldırmaq üçün kran çağırıb.

Avtomobili hadisə yerindən qaldıran kranın trosu qırılıb və avtomobil sürücünün üzərinə düşüb və nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Salyanda minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var
Salyanda qəza baş verib, ölən var
Şəmkirdə yük avtomobili beton arakəsməyə çırpılıb
Hacıqabulda minik avtomobili qəzaya uğrayıb, bir nəfər ölüb
İmişlidə baş verən qəzada sürücü ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər