Binəqədidə obyektdə baş verən yanğın tam söndürülüb - FOTOLENT - VİDEO - YENİLƏNİB-7
sizinxeber.az xəbər saytı

Binəqədidə obyektdə baş verən yanğın tam söndürülüb - FOTOLENT - VİDEO - YENİLƏNİB-7


Xəbərə video əlavə edilib.

***

16:42

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Binəqədi rayonunda yerləşən obyektdə baş vermiş yanğın tam söndürülüb.

Bu barədə Sizinxeber.az-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Yanğın nəticəsində marketə məxsus ümumi sahəsi 1600kv.m olan anbar 650kv.m sahədə yanıb.

Anbarın qalan hissəsi yanğından mühafizə olunub, habelə yanğının digər obyektlərə keçməsinə imkan verilməyib.

***

15:51

Bakı şəhərinin Binəqədi rayonunda yerləşən obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi qüvvələrinin çevik müdaxiləsi sayəsində məhdudlaşdırılıb.

Bu barədə Sizinxeber.az-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

***

15:27

Məlumat verildiyi kimi, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən obyektdə yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

***

15:18

Bakının Binəqədi rayonunda yerləşən obyektlərin birində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

DİN-in Mətbuat Xidmətindən Sizinxeber.az-ya bildirilib ki, hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür.

***

14:56

Xəbər fotolar əlavə edilib.

***

14:46

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.

Oxşar xəbərlər

Binəqədidə obyektdə baş verən yanğın tam söndürülüb - FOTOLENT - VİDEO - YENİLƏNİB-6
Binəqədi rayonunda obyektdə yanğın baş verib - VİDEO
Binəqədi rayonunda obyektdə yanğın baş verib - FOTO - VİDEO - YENİLƏNİB
Binəqədi rayonunda obyektdə yanğın baş verib - FOTO
Binəqədidə sexdə yanğın olub - YENİLƏNİB-1 - FOTO - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər