
Binəqədidə obyektdə baş verən yanğın tam söndürülüb - FOTOLENT - VİDEO - YENİLƏNİB-6

Binəqədidə obyektdə baş verən yanğın tam söndürülüb - FOTOLENT - VİDEO - YENİLƏNİB-6
Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Binəqədi rayonunda yerləşən obyektdə baş vermiş yanğın tam söndürülüb.
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Yanğın nəticəsində marketə məxsus ümumi sahəsi 1600kv.m olan anbar 650kv.m sahədə yanıb.
Anbarın qalan hissəsi yanğından mühafizə olunub, habelə yanğının digər obyektlərə keçməsinə imkan verilməyib.
***
15:51
Bakı şəhərinin Binəqədi rayonunda yerləşən obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi qüvvələrinin çevik müdaxiləsi sayəsində məhdudlaşdırılıb.
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.
***
15:27
Məlumat verildiyi kimi, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən obyektdə yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
FHN Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.
***
15:18
Bakının Binəqədi rayonunda yerləşən obyektlərin birində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.
DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür.
***
14:56
Xəbər fotolar əlavə edilib.
***
14:46
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
FHN Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda yanğınla mübarizə tədbirləri davam edir.
Əlavə məlumat veriləcək.