Masazırda həmyerlilərini döyərək qarət edəndən sonra ölkədən qaçmaq istəyən Şri-Lanka vətəndaşlarına hökm oxunub
Abşeronda xarici vətəndaşı döyərək qarət etməkdə təqsirləndirilən Şri-Lanka vətəndaşları - Rathnayake Nuvan, Sedara Munasinghe, Dinesh Geethackarigenin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Sizinxeber.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Rathnayake Nuvan 15 il, Sedara Munasinghe 14 il 9 ay, Dinesh Geethackarige 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Həmçinin, hökmə əsasən, onlar cəzalarını çəkdikdən sonra ölkədən məcburi çıxarılmalıdırlar.
Qeyd edək ki, hadisə 2022-ci ilin sentyabr ayında baş verib. Təqsirləndirilən şəxslər həmyerliləri olan 1996-cı il təvəllüdlü Pathira Dinuka Nishanthanın şikayəti əsasında tutulublar.
Sentyabrın 21-də gecə Şri-Lanka vətəndaşları -1980-ci il təvəllüdlü Rathnayake Nuvan, 2000-ci il təvəllüdlü Sedara Munasinghe və 1992-ci il təvəllüdlü Dinesh Geethackarige Dinuka Pathiranı Masazır qəsəbəsində evdə döyüblər. Daha sonra onlar həmin şəxsin 3 min dollarını, içində 1400 dollar olan kartını, 1 milyon rupi olan digər kartını və dəyəri 2 min dollar olan mobil telefonunu götürərək uzaqlaşıblar.
Dinuka Pathiranın şikayətindən sonra əməliyyat keçirilib və həmin şəxslər ölkədən çıxmaq istəyərkən hava limanında saxlanılıb.
Onlar Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.4, 29,120.2.6 və 29,120.2.7-ci maddələri ilə ittiham olunub.
Oxşar xəbərlər
Bakıda həmyerlilərini oğurlayaraq 20 min dollar tələb edən Pakistan vətəndaşlarına hökm oxunub
Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Adam bıçaqlamaqda təqsirləndirilən keçmiş diplomata hökm oxunub
Qadınları şantaj edərək onlardan pul almaqda ittiham olunan şəxsə hökm oxunub
Bacısını qayışla boğaraq öldürməkdə ittiham olunan şəxsə hökm oxunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-li konqresmendən Xameneiyə xəbərdarlıq: "Nə qədər ki, imkan var, İranı tərk et"
-
Ölkədə bəzi ərazilərdə qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
-
Cəlilabad Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub
-
Gündə dörd milyard dollar: ABŞ-nin Venesuela neftinə nəzarət üçün iddialı planı
-
Xamenei müraciət yaydı: Tramp devriləcək!
-
Xamenei: "İslam Respublikası etirazlar qarşısında geri çəkilməyəcək"












