Naxçıvanda əsgərin qətlində ittiham olunan hərbi hissə komandiri və xidmət rəisinə hökm oxunub
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan hərbi hissə komandiri, polkovnik Samir Həziyev və hərbi hissənin Tibb Xidməti rəisi Aydın Quliyevin cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, bu gün Naxçıvan Hərbi Məhkəməsində hakim İlham İbrahimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Samir Həziyev 4 il, Aydın Quliyev isə 3 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu ötən il iyunun 9-da Naxçıvan Muxtar Respublikası (MR) Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb.
Bir neçə gün sonra Günnüt yaşayış məntəqəsi istiqamətində onun nəşi aşkar edilib.
Oxşar xəbərlər
Naxçıvanda əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan komandirə və xidmət rəisinə cəza istənilib
Naxçıvanda əsgərin qətlinə görə ittiham olunan komandirə cəza istənilib
Naxçıvanda əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı məhkəmədə general ifadə verib
Naxçıvanda əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan komandir və xidmət rəisinin məhkəməsi davam etdirilib
Hərbi Prokurorluq: Hərbi hissə komandiri polkovnik Samir Həziyev barəsində həbs qətimkan tədbiri seçilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













