Naxçıvanda əsgərin qətlinə görə ittiham olunan komandirə cəza istənilib
sizinxeber.az xəbər saytı

Naxçıvanda əsgərin qətlinə görə ittiham olunan komandirə cəza istənilib


Naxçıvanda itkin düşdükdən iki gün sonra nəşi tapılan əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı məhkəmə istintaqı başa çatıb.

"Sizinxeber.az" xəbər verir ki, Naxçıvan Hərbi Məhkəməsində keçirilən prosesdə prokuror çıxış edərək təqsirləndirilən polkovnik Samir Həziyevin 5 il, hərbi hissənin tibb xidməti rəisi işləmiş, tibb xidməti kapitanı Aydın Quliyevin isə 4 il azadlıqdan məhrum edilməsini istəyib.

Dövlət ittihamçısı həmçinin A.Quliyevin məhkəmə zalında həbs olunmasını təklif edib.

Məhkəmə prosesi aprelin 17-də davam edəcək.

Qeyd edək ki, Ceyhun Hüseynov 2023-cü il iyunun 9-da naməlum şəraitdə itkin düşüb, iki gün sonra qətlə yetirilmiş halda tapılıb.

Naxçıvan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Oxşar xəbərlər

Naxçıvanda əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı məhkəmədə general ifadə verib
Naxçıvanda əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan komandir və xidmət rəisinin məhkəməsi davam etdirilib
Prokuror sabiq deputat Nazim Bəydəmirliyə 9 il həbs cəzası istəyib
Dayısının qatilini 29 il sonra qətlə yetirib – HÖKM 
Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn çağırışlar etməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər