Ucarda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
apr
2025
21:50

Ucarda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var

15 apr, 2025
21:50
522

Ucarda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var

Ucarda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə bu gün Ucar-Zərdab avtomobil yolunun rayonun Lək kəndindən keçən hissəsində baş verib.

Rayon sakini Həsrət Məhəmmədəli oğlu Həsənovun idarə etdiyi "VAZ 2106" markalı minik avtomobili ilə "Doblo" markalı avtomobil toqquşub.

Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü ağır vəziyyətdə Ucar Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Zərərçəkənlər daha sonra Göyçay xəstəxanasına yönləndirilib.

Qeyd edək ki, Ucar xəstəxanasında zəruri şərait olmadığı üçün ağır xəsarət alan vətəndaşlar Göyçay xəstəxanasına göndərilib.

Bizimlə əlaqə saxlayın