Gəncədə qidadan zəhərlənən şəxslərin sayı artıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Gəncədə qidadan zəhərlənən şəxslərin sayı artıb - YENİLƏNİB


Gəncədə qidadan zəhərlənən şəxslərin sayı artıb.

"Report"un Qərb bürosunun məlumatına görə, qida zəhərlənməsi diaqnozu ilə daha bir nəfər - 2001-ci il təvəllüdlü J.Tamirazova da xəstəxanaya yerləşdirilib. 

Qeyd edək ki, bundan əvvəl 1990-cü il təvəllüdlü N.Cabbarova, 2007-cı il təvəllüdlü N.Quliyeva, 1988-cü il təvəllüdlü X.Mehdiyeva və 5 yaşlı oğlan uşağı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

17:57

Gəncədə üç qadın və bir azyaşlı olan dörd nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

"Report"un Qərb bürosunun məlumatına görə, restoranların birində yedikləri qidadan (dönər olduğu ehtimal olunur) zəhərləndikləri bildirilir.

Zəhərlənən şəxslərin 1990-cü il təvəllüdlü N.Cabbarova, 2007-cı il təvəllüdlü N.Quliyeva, 1988-cü il təvəllüdlü X.Mehdiyeva və 5 yaşlı oğlan uşağı olduğu bildirilib.

Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək.

Oxşar xəbərlər

Gəncədə biri az yaşlı olmaqla 4 nəfərin qidadan zəhərləndiyi ehtimal olunur
Gəncədə ana və iki övladı qidadan zəhərlənib
Gəncədə qidadan zəhərlənmiş ailə evə buraxılıb – YENİLƏNİB
Gəncədə qida zəhərlənməsi baş verib
Cəlilabadda bir ailə qidadan zəhərlənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle