Kürdəmirdə fərdi yaşayış evi yanıb
Kürdəmir rayonunda iki ailənin yaşadığı fərdi yaşayış evi yanıb.
"Sizinxeber.az"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Sor-Sor kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Məmmədov Yaqub Möhübbət oğluna məxsus hündürkürsülü ümumi sahəsi 120 kv metr olan beşotaqlı ev yanaraq külə dönüb
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub, yanğın söndürülüb. Yanğınsöndürənlərin səyi nəticəsində evin 25 kv metr hissəsi yanğından mühafizə olunub.
Ev sahibinin sözlərinə görə, yanğın qısaqapanma nəticəsində baş verib və hadisə zamanı ona ümumilikdə 60 min manata yaxın maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Göyçayda vətəndaşa məxsus yardımçı tikili yanaraq külə dönüb - YENİLƏNİB
Sabirabadda fərdi yaşayış evi yanaraq külə dönüb
Astarada 6 otaqlı ev yanaraq külə dönüb
Cəlilabadda ev yanaraq külə dönüb
Cəlilabadda yaşayış evi yanaraq kül olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













