Bank kartlarına kiber hücumlar edərək külli miqdarda pulları ələ keçirməkdə şübhəli bilinən dəstə üzvləri həbs edilib
sizinxeber.az xəbər saytı

Bank kartlarına kiber hücumlar edərək külli miqdarda pulları ələ keçirməkdə şübhəli bilinən dəstə üzvləri həbs edilib


Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində bank kartlarından xüsusi proqramlardan istifadə etməklə maddi vəsaitlər oğurlamaqda şübhəli bilinən Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulami saxlanılıblar.

Bu barədə “Report”a nazirlikdən məlumat verilib.

Bildirilib ki, araşdırmalarla M.Əsədovun vətəndaşlara məxsus kartların məlumatlarını müxtəlif üsul və vasitələrlə əldə etdiyi müəyyən olunub. Sonradan o, kartlarda olan külli miqdarda pul vəsaitini Cavanşir Rüstəmzadə və Novruz Qulaminin adına açılmış hesablara köçürüb. Pul vəsaitləri müxtəlif bankomatlarda nağdlaşdırılaraq saxlanılan şəxslər arasında bölünüb.

Dəstə üzvləri həmçinin internet üzərindən onlayn maliyyə əməliyyatları aparan vətəndaşların ödəmə sistemlərindəki məlumat bazalarına da müdaxilə edərək onların rekvizitlərini əldə ediblər.

Saxlanılanların istifadələrində olan kompüter avadanlıqlarına və məlumat daşıyıcılarına baxış zamanı çoxsaylı elektron sübutlar və digər dəlillər müəyyən edilərək götürülüb.

Faktlarla bağlı Baş İdarədə cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Bank kartlarına kiber hücumlar edərək külli miqdarda pulları ələ keçirən dəstə üzvləri həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bank kartlarına kiber hücumlar edən şəbəkə üzvləri həbs edilib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda bank kartlarından 20 min manat oğurlayan şəxs saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İllər öncə quldurluq edən şəxslər saxlanıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda mənzildən 60 min manat pul, 20 min manatlıq qızıl oğurlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər