Bank kartlarına kiber hücumlar edən şəbəkə üzvləri həbs edilib - VİDEO
sizinxeber.az xəbər saytı

Bank kartlarına kiber hücumlar edən şəbəkə üzvləri həbs edilib - VİDEO


Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində bank kartlarından xüsusi proqramlardan istifadə etməklə maddi vəsaitlər oğurlayan Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulami saxlanılıblar.

APA DİN-ə istinadən xəbər verir ki, araşdırmalarla müəyyən olunub ki, M.Əsədov vətəndaşlara məxsus kartların məlumatlarını müxtəlif üsul və vasitələrlə əldə edib. Sonradan o, kartlarda olan külli miqdarda pul vəsaitini Cavanşir Rüstəmzadə və Novruz Qulaminin adına açılmış hesablara köçürüb. Pul vəsaitləri müxtəlif bankomatlarda nağdlaşdırılaraq saxlanılan şəxslər arasında bölünüb. Dəstə üzvləri həmçinin internet üzərindən onlayn maliyyə əməliyyatları aparan vətəndaşların ödəmə sistemlərindəki məlumat bazalarına da müdaxilə edərək onların rekvizitlərini əldə ediblər. Saxlanılanların istifadələrində olan kompüter avadanlıqlarına və məlumat daşıyıcılarına baxış zamanı çoxsaylı elektron sübutlar və digər dəlillər müəyyən edilərək götürülüb.

Faktlarla bağlı Baş İdarədə cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Bank kartlarına kiber hücumlar edərək külli miqdarda pulları ələ keçirən dəstə üzvləri həbs edilib
Türkiyə və Ermənistanın xüsusi nümayəndələri görüşəcək
On min manatlıq oğurluq edən şəxslər tutulub
Azərbaycan, Türkiyə, Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək
Xankəndi şəhərində xeyli silah-sursat tapılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər