Antiterror əməliyyatından sonra David İşxanyanın Xankəndidəki hotelində silah-sursat aşkarlanmışdı – MƏHKƏMƏ
sizinxeber.az xəbər saytı

Antiterror əməliyyatından sonra David İşxanyanın Xankəndidəki hotelində silah-sursat aşkarlanmışdı – MƏHKƏMƏ


Azərbaycanın dövlət suverenliyi təmin olunduqdan sonra 2023-cü ilin oktyabrında təqsirləndirilən şəxs David İxşanyana məxsus “Park” adlı hoteldə silah-sursat və rabitə vasitələri aşkarlanıb.

"Report" xəbər verir ki, aprelin 3-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində dövlət ittihamçısı təqsirləndirilən şəxsə həmin silah-sursatla bağlı sual ünvanlayıb.

Təqsirləndirilən şəxs rabitə vasitələrinin hotelə məxsus olduğunu deyərək silah-sursatla bağlı məsələdə isə digər erməni sakinləri günahlandıraraq deyib: “Mənim fikrimcə, o hadisədən bir həftə əvvəl Ağdərədən gəlmiş sakinlər o hoteldə məskunlaşmışdı. Ehtimal ki, (silah-sursatı – red.) onlar qoyublar”.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Oxşar xəbərlər

David İşxanyan Birinci Qarabağ müharibəsində Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın roluna dair açıqlama verib
Bako Sahakyandan etiraf: Silahlar Ermənistandan gəlirdi
Arkadi Qukasyan: Qarabağda erməni dili ilə bağlı heç bir problem olmayıb
Davit Allahverdiyan: Mənə qarşı münasibət yaxşı olub
Qukasyan: 1992-ci ildə Qarabağ ərazisində 30 mindən az erməniəsilli sakin yaşayırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər