Goranboyda məktəbdə insident olub, müəllimə xəsarət yetirilib
sizinxeber.az xəbər saytı

Goranboyda məktəbdə insident olub, müəllimə xəsarət yetirilib


Goranboyda orta məktəbdə insident baş verib.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə Hazırəhmədli kənd tam orta məktəbinin inzibati binasında qeydə alınıb.

Kənd sakini 1999-cu il təvəllüdlü Əfsanə Rzayeva Hazırəhmədli kənd tam orta məktəbinin binasına daxil olaraq bıçaqla müəllimin əlinə xəsarət yetirib. Həmçinin onun şagirdlərə də xəsarət yetirməyə cəhd etdiyi bildirilir.

DİN-in Mətbuat Xidmətinin regional qrupun baş inspektoru Eşqin Qasımov Sizinxeber.az-ya bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Hazırəhmədli kənd sakini olan bir nəfər qadın valideynin kəsici-deşici alətlə məktəbə gəlməsi, övladını döyməsi və onu sakitləşdirmək istəyən müəllimə xəsarət yetirməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları məktəbə gələrək müvafiq tədbirlər həyata keçirib. Hadisəni törətməkdə şübhəli Ə. Rzayeva saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Goranboyda məktəbdə müəllimə xəsarət yetirilib
Goranboyda şagirdin həmkəndlisinə xəsarət yetirməsi məktəbdənkənar ərazidə baş verib - YENİLƏNİB
Göygöl sakini bıçaqlanıb
Goranboyda məktəbdə bıçaqlanma olub
Goranboyda ata yeniyetmə qızını bıçaqlamaqda təqsirləndirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər